PANEL 3: Gənclik və inkişaf: süni intellekt innovasiyaları

Bu panel gənc əhalinin süni intellekt əsaslı innovasiya proseslərində rolunu və bu dinamikanın davamlı inkişaf üzərində təsirlərini çoxşaxəli çərçivədə təhlil etməyi məqsəd qoyur. Xüsusilə rəqəmsal bacarıqlar, sahibkarlıq ekosistemləri, startap mədəniyyəti, təhsil strategiyaları və texnologiya yönümlü məşğulluq sahələri kontekstində gənclərin istehsal, innovasiya və dəyər yaratma proseslərinə inteqrasiyası müzakirə ediləcəkdir. Panel çərçivəsində süni intellekt dəstəkli layihələrin iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və regional rəqabət qabiliyyətinə töhfələri konkret nümunələr əsasında qiymətləndiriləcək; universitetlər, biznes strukturları və digər təşkilatlar arasında əməkdaşlığın gənclik yönümlü inkişaf strategiyalarındakı əhəmiyyəti vurğulanacaqdır. Sessiya gənclərin rəqəmsal transformasiyanın passiv müşahidəçiləri deyil, onun fəal iştirakçıları və təşəbbüskarları kimi formalaşdırılmasına dair yanaşmaların müzakirəsini hədəfləyir.